İlham Əliyev: Cəbrayıl rayonunun Şükürbəyli kəndinin ikinci mərhələsi də nəzərdə tutulur
Cəbrayıl rayonunun Şükürbəyli kəndinin ikinci mərhələsi də nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə məlumat verib.
Dövlət başçısı qeyd edib ki, indi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır:
"İlk növbədə, Cəbrayıl şəhərində, - şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil, - ondan sonra Horovlu kəndində, Cocuq Mərcanlıda. Aprel döyüşlərindən sonra biz o kəndi yenidən qurduq. Ən çox insanlar burada yaşayacaq, hələlik 635 ev. Amma mənə verilən məlumata görə, köçmək, qayıtmaq istəyənlərin sayı daha çoxdur, təqribən 900-dən çoxdur. Ona görə kəndin ikinci mərhələsini də biz nəzərdə tuturuq".
Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Kəndə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi planlaşdırılır. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçündür. Evlər 2, 3, 4 və 5 otaqlıdır.
17:50 09.05.2026
Oxunuş sayı: 50