"Neftçi" azarkeşlərinə pis xəbər: Kluba xəbərdarlıq edilib
Azərbaycan futbolunun köklü klublarından olan "Neftçi" PFK növbəti dəfə FIFA sanksiyası ilə gündəmə gəlib. Beynəlxalq futbol qurumunun yaydığı məlumata əsasən, Bakı təmsilçisinə transfer qadağası tətbiq olunub. Qərara əsasən, klub yaxın üç transfer dönəmi ərzində yeni futbolçuları heyətinə qata və qeydiyyatdan keçirə bilməyəcək.
Məlumata görə, qadağa mayın 5-dən qüvvəyə minib. Hazırda ukraynalı mütəxəssis Yuri Vernydubun rəhbərlik etdiyi komanda üçün bu qərarın hansı səbəbdən verildiyi açıqlanmayıb. FIFA tərəfindən nə maliyyə problemi, nə də intizam pozuntusu ilə bağlı rəsmi detal paylaşılmayıb.
Qeyd edək ki, siyahıda yalnız “Neftçi” deyil, müxtəlif ölkələrin tanınmış klubları da yer alıb. Bunlar arasında Türkiyənin Antalyaspor, Misirin Zamalek SC və Rumıniyanın CFR Cluj komandaları da var.
Məsələni Crossmedia.az-a aydınlaşdıran futbol eksperti, sabiq futbol funksioneri Ceyhun Sultanov FİFA-nın qadağa qoymasını öhdəlik yerinə yetirməyəndə baş verdiyini vurğulayıb: "Bu qayda bir çox klublarda ola bilər. Birinci, transfer qadağası üçün xəbərdarlıq edilir. Əgər öhdəlik yerinə yetirilmirsə, transfer qadağası qoyulur. Öhdəlik yerinə yetirilsə, lazım olan vəsaiti klubların hesabına köçürülsə bu zaman qadağa götürülür. Əgər qadağa qoyularsa, əlbəttə ki, "Neftçi"-yə təsir edəcək. Çünki transfer edə bilməyəcək. Belə prosseslər klublarda çox olur".
Fatimə
19:03 08.05.2026
Oxunuş sayı: 41