"Formula 1" üzrə Azərbaycan Qran-prisinin könüllü proqramına rekord sayda müraciət daxil olub
Bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün könüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə yekunlaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, 72 saat ərzində 49 000 müraciətin daxil olması Azərbaycan Qran-prisi tarixində qeydə alınmış ən yüksək nəticə olub.
Bu rəqəm 2024-cü ildə 16 000, ötən il isə 31 000 təşkil etmişdi.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
12:17 08.05.2026
Oxunuş sayı: 65