Bakıda işıqforda gözləmə vaxtı iki dəfə azaldılacaq
Bakıda Əbdüləzəl Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik ediləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, nəticədə kəsişmədə gözləmə vaxtı 80 saniyə deyil, 40 saniyə olacaq, buraxıcılıq qabiliyyəti artırılacaq, piyada əlçatanlığı və mikromobillik şəbəkəsi artırılacaq, əraziyə yaxın küçələrdə sıxlıq azalacaq.
10:49 08.05.2026
Oxunuş sayı: 42