"Neftçi"nin 3x3 basketbol komandası Monqolustanla üz-üzə gələcək
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada təşkil olunan Dünya Seriyasında bu gün növbəti oyununu keçirəcək.
Crossmedia.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 finalda Monqolustan millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 12:15-də start götürəcək.
Qeyd edək ki, "Neftçi" B qrupunda Polşa və Çin yığmalarını məğlub edərək 1/4 finala yüksəlib.
10:18 08.05.2026
Oxunuş sayı: 47