Fərid Qayıbov: Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində fərqli finala şahidlik etdik
Dövlət qurumlarının əməkdaşları arasında keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində bu dəfə fərqli final oyunu oldu.
Crossmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin final matçı barəsində öz fikirlərini bölüşüb:
"Yarışın təşkilatçılarına öz təşəkkürümü bildirirəm ki, bu cür gözəl turnir təşkil ediblər. Qarşılaşmalar bir-birindən maraqlı keçirdi. Bu dəfə fərqli finala şahidlik etdik. Son 2 ildə Ədliyyə komandası turnirin qalibi olurdu. Bu dəfə isə SOCAR komandası qələbə qazandı. Bu komanda son illərdə yarımfinala qədər irəliləyə bilirdi. Bu dəfə qızıl medallara sahib çıxdılar. SOCAR-ı təbrik etmək istəyirəm. Onlar dövlət qurumları arasında keçirilən digər idman növlərində də aktiv iştirak edirlər".
Qeyd edək ki, final görüşündə SOCAR Azərişıq komandasına 5:0 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb.
20:07 07.05.2026
Oxunuş sayı: 42