İranın səfiri Milli Məclisin sədr müavini ilə görüşüb
İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Azərbaycan Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətini müzakirə ediblər, həmçinin İrana qarşı hərbi təcavüzlə bağlı son inkişaflar barədə fikir mübadiləsi aparılıb.
Müctəba Dəmirçilu Tehranın mövqeyini açıqlayaraq, yaranmış vəziyyətin regional sabitlik və qlobal təhlükəsizlik üçün mənfi nəticələr doğura biləcəyini bildirib. O, beynəlxalq hüququn pozulmasının qarşısının alınması üçün qəti addımların vacibliyini vurğulayıb.
Səfir həmçinin İran və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində parlamentlərin roluna diqqət çəkərək, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Ziyafət Əsgərov isə çıxışında iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdiyini bildirib və əlaqələrin gələcəkdə də davamlı şəkildə güclənəcəyini vurğulayıb.
12:30 07.05.2026
Oxunuş sayı: 55