Azərbaycanı Dünya Seriyasının Berlin mərhələsində 5 paraüzgüçü təmsil edəcək
Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində paraüzgüçülük üzrə Dünya Seriyasının Berlin mərhələsi start götürəcək.
Crossmedia.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin məlumatına görə, Azərbaycanı yarışda kişilər arasında S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında Əli Vəliyev və Murad Məmmədov, S6 kateqoriyasında Abuzər Nəzərov təmsil edəcək. Qadınlar arasında isə S4 kateqoriyasında Könül Süleymanova mübarizə aparacaq.
Berlin mərhələsinə mayın 9-da yekun vurulacaq.
12:05 07.05.2026
Oxunuş sayı: 42