"Neftçi"nin 3x3 basketbol komandası mübarizəyə başlayır
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçiriləcək Dünya Seriyasının mərhələsində bu gün mübarizəyə start verir.
Crossmedia.az -ın məlumatına görə, "ağ-qaralar" B qrupunda mübarizə aparacaq.
Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Bakı vaxtı ilə saat 11:20 Polşa, 15:30-da isə Çinlə üz-üzə gələcək.
Xatırladaq ki, turnirə mayın 8-də yekun vurulacaq.
09:42 07.05.2026
Oxunuş sayı: 49