"Müşahidə" adlı sənədli film nümayiş olundu
Sumqayıt Dövlət Dram Teatrının tarixinə və yaradıcılıq yoluna işıq salan "Müşahidə" adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
5 may tarixində baş tutan təqdimatda teatrın sənətsevərləri bir araya gəliblər. Ekran işi maraqla qarşılanıb və nümayiş zamanı tamaşaçılar teatrın görünməyən tərəflərinə səyahət etmək imkanı qazanıblar.
Layihə Sumqayıt Dövlət Dram Teatrı və Etalon platforması çərçivəsində ərsəyə gətirilib; filmin rejissoru və ssenari müəllifi Xəyalə Pircanova, operatoru Hüseyn Kərimov, operator assistenti isə Murad Cəbrayılovdur. Filmə baxıldıqdan sonra teatrın baş rejissoru Firudin Məhərrəmov, filmin rejissoru və yaradıcı heyəti səhnəyə dəvət olunaraq film haqqında təəssüratlarını bölüşüblər. Gənc rejissor Xəyalə Pircanova yaradıcı prosesdən danışarkən göstərilən dəstəyə görə Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyinə və kollektivinə xüsusi təşəkkürünü bildirib.
Qeyd edək ki, bu ekran işi istedadlı aktyor, mərhum Yalçın Səlimovun əziz xatirəsinə ithaf olunub.
Günel Ayxan
20:11 05.05.2026
Oxunuş sayı: 101