"Sabah"a çempionluq kuboku təqdim edilib
Azərbaycan Basketbol Liqasının 2025/2026 mövsümünün qalibi olan "Sabah" mükafatlandırılıb.
Crossmedia.az xəbər verir ki, final seriyasının üçüncü oyununda "Abşeron Lions"u məğlub edən "bayquşlar"a çempionluq kubokunu və qızıl medalları gənclər və idman naziri Fərid Qayıbov, həmçinin Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev təqdim edib.
Mövsümü ikinci başa vuran "Abşeron Lions" kollektivinin oyunçularına gümüş medallar təqdim olunub.
Bundan başqa, "Sabah"ın heyətində Castin Tilman mövsümün ən dəyərli oyunçusu seçilib və xüsusi mülafata layiq görülüb.
Qeyd edək ki, final seriyasının hər üç oyununda qələbə qazanan (98:93, 112:84, 108:95) "Sabah" 2025/2026 mövsümünün qalibi adını qazanıb.(Report)
21:35 05.05.2026
Oxunuş sayı: 45