Rob Bauer: NATO ilə qarşıdurmada balans Rusiyanın xeyrinə dəyişə bilər
Əgər NATO hücuma məruz qalsaydı, Rusiya uduzacaqdı, amma Alyans güc balansının "arzuolunmaz istiqamətdə" dəyişməsinin qarşısını almaq üçün səylə çalışmalıdır.
Crossmedia.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin keçmiş sədri admiral Rob Bauer "Channel 24"-ə verdiyi müsahibədə deyib.
"Düşünürəm ki, çəkindirmə effekt verir. Ruslar NATO-ya hücum etməmək üçün kifayət qədər ağıllıdırlar, çünki əgər belə etsələr, Rusiya müharibəni uduzacaq. Lakin sual budur ki, hazırkı effektiv çəkindirmə bir neçə ildən sonra da eyni dərəcədə təsirli olacaqmı? Əgər sənaye potensialını artırmasaq, balans arzuolunmaz istiqamətdə dəyişə bilər", - deyə admiral vurğulayıb.
Bauerin sözlərinə görə, Alyans səylə çalışmalıdır. Xüsusilə də NATO öz silahlı qüvvələrini artırmalıdır.
Admiral eyni zamanda Ukraynaya dəstəyi davam etdirərkən istehsal gücünün genişləndirilməsinin vacibliyini vurğuladı.
Rob Bauer əlavə etdi: "Və bu, müdafiə istehsalımızı daha da artırmalı olduğumuz ikinci səbəbdir".
20:52 05.05.2026
Oxunuş sayı: 334