Kaya Kallas: Azərbaycan Aİ üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır
Azərbaycan Aİ üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov ilə danışıqlar aparmaq xoş idi.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas "X"də yazıb.
"Aİ ilə Cənubi Qafqaz arasında əlaqənin gücləndirilməsi bizim ortaq strateji maraqlarımıza uyğundur və Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə açığıq. Ticarət, nəqliyyat və rəqəmsal sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün açıq imkanlar var. Həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsi və Yaxın Şərqdəki son İran hücumları barədə fikir mübadiləsi apardıq".
Qeyd edək ki, K.Kallas Azərbaycanda səfərdədir.
20:34 05.05.2026
Oxunuş sayı: 55