Putin öldürülə bilər: Kreml daxilində nə baş verir?
Rusiya prezidenti Vladimir Putinə yaxın çevrədə təhlükəsizlik
tədbirləri kəskin şəkildə gücləndirilib.
“CNN International”ın əldə etdiyi
Avropa kəşfiyyat qurumlarından birinin hesabatına görə, yüksək rütbəli rus hərbi
rəhbərlərinə qarşı son sui-qəsd dalğası və mümkün çevriliş ehtimalı Kreml
daxilində ciddi narahatlıq yaradıb.

Türkiyəli politoloq Hüseyn Şeyhanlıoğlu sözügedən ehtimallar barədə
Crossmedia.az-a danışıb: “Bu iddialara inanmıram. Onsuz da Putini Rusiya “dərin
dövləti” yetişdirib. O baxımdan həm onun öldürülməsi, həm də hakimiyyət
çevrilişi ehtimalını istisna edirəm. Çünki Rusiya iş adamları da, media da təzyiq
altındadır. Rusiyada Putinlə Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedev
tandeminin iqtidarı davam edəcək”.
18:20 05.05.2026
Oxunuş sayı: 66