Azərbaycan taekvondoçuları Gürcüstanda 4 medal qazanıblar
Mayın 2-3-də Gürcüstanda taekvondo üzrə “Georgian Liga Open” turniri keçirilib.
Crossmedia.az xəbər verir ki, bu məlumatı Azərbaycan Taekvondo Federasiyası yayıb.
Yarışda ölkəmizi təmsil edən idmançılar ümumilikdə 1 qızıl, 3 bürünc medal qazanıblar.
Ayan Əliyeva (27 kiloqram) qızıl, Yunis Həşimli (24 kiloqram), Əli Əliyev (27 kiloqram) və Zaur Rəsulzadə (45 kiloqram) bürünc medallara sahib çıxıblar.




12:45 05.05.2026
Oxunuş sayı: 40