Azərbaycan Cüdo Federasiyası I səviyyə məşqçi sertifikatlaşdırma kursları təşkil edəcək
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə iyunda I səviyyə məşqçi sertifikatlaşdırma kursları keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə ACF-dən məlumat verilib. Bildirilib ki, kurs nəzəri və praktiki hissələrdən ibarət olacaq və "IJF Academy"yə müraciət etmək istəyənlər mütləq kursdan keçməlidirlər.
Azərbaycan Cüdo Federasiyasındakı tədbirin nəzəri hissəsi iyunun 1-6-sı, praktiki hissəsi isə 22-26-sı aralığında baş tutacaq.
12:40 05.05.2026
Oxunuş sayı: 42