İş başında ölüm - işçinin hüquqları necə qorunur?
Sumqayıt şəhərində baş verən bədbəxt hadisə nəticəsində bir fəhlənin iş başında həyatını itirməsi ictimaiyyətin diqqətini cəlb edib. İlkin məlumatlara görə, hadisə şəhərin Qurd dərəsi bağları yaşayış massivində qeydə alınıb və əmək fəaliyyəti zamanı fəhlənin qəfil halı pisləşib.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Hazırda ölümün dəqiq səbəblərinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Bəs maraqlıdır bu cür hallar baş verərkən işçinin hüquqları necə tənzimlənir?
Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov da Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"İşçi ilə işəgötürən arasında rəsmi əmək müqaviləsi bağlandıqdan sonra, işçinin istehsalat zamanı baş verə biləcək bədbəxt hadisələrə qarşı mütləq qaydada sığortalanması təmin edilməlidir. Hər hansı hadisə baş verdiyi təqdirdə isə işçiyə müvafiq sığorta ödənişi həyata keçirilməlidir.
Eyni zamanda, işəgötürən tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələrə qarşı sığortalanmaması hallarında qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət nəzərdə tutulur".
Elmir Heydərli
12:20 05.05.2026
Oxunuş sayı: 59