Azərbaycan Basketbol Liqası: "Sabah" çempionluq üçün meydana çıxacaq
Azərbaycan Basketbol Liqasının qalibi bu gün bəlli ola bilər.
Crossmedia.az -ın məlumatına görə, turnirin final seriyasının üçüncü oyununda "Sabah" "Abşeron Lions"la üz-üzə gələcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
"Sabah" qələbə qazanacağı təqdirdə ölkə çempionu adına sahib çıxacaq. Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub edib - 98:93, 112:84.
Xatırladaq ki, reqlamentə əsasən, final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.
09:37 05.05.2026
Oxunuş sayı: 43