Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşüb
Mayın 3-də Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ilə Serbiyanın idman naziri Zoran Qayiç arasında ikitərəfli görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, görüş Bakı-Belqrad birbaşa aviareyslərinin açılması çərçivəsində Serbiya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı reallaşıb.
Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq yarışlarda əməkdaşlıq imkanları müzakirə olunub.
23:25 03.05.2026
Oxunuş sayı: 46