Lerikdə gənc ildırım vurmasından dünyasını dəyişib
Lerikdə 21 yaşlı gənc ildırım vurmasından ölüb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Laman kəndində baş verib.
Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Cəfər Əbdül oğlu Mirzəzadəni ildırım vurub. O, aldığı xəsarətlərdən ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.(Report)
22:47 03.05.2026
Oxunuş sayı: 74