Azərbaycanın cüdo millisi "Böyük Dəbilqə"də 3 medal qazanıb
Azərbaycanın cüdo millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirini 3 bürünc medalla başa vurub.
Crossmedia.az xəbər verir ki, yarışıb son günündə təmsilçilərimizdən Camal Qamzatxanov (+ 100 kq) və Uşaqni Kokauri (+100 kq) bürünc medal qazanıblar.
Bununla da yığma turniri 3 bürünc medalla başa vurub. Daha əvvəl təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.
18:35 03.05.2026
Oxunuş sayı: 49