"Sabah" "Şamaxı"ya qalib gəlib
Misli Premyer Liqasının XXX turunda "Sabah" səfərdə "Şamaxı"ya qalib gəlib.
Crossmedia.az xəbər verir ki, cari mövsüm çempionluğu rəsmiləşdirən "bayquşlar" səfərdə 3:0 hesablı qələbəyə seviniblər.
Qolları Stiv Solvet (37), Coy-Lens Mikels (77) və Umarali Raxmonaliyev (90+1 pen.) vurublar.
Lider "Sabah" xallarının sayını 75-ə çatdırıb. "Şamaxı" isə 35 xalla səkkizinci sırada qalıb.
Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.
18:00 03.05.2026
Oxunuş sayı: 54