Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ YANĞIN baş verib
Abşeron rayonunda Bakı–Sumqayıt yolunun 7-ci kilometrliyində yanğın hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerində aparılan ilkin qiymətləndirmə zamanı yanğının bir dam altında yerləşən, bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinə imkan verilməyib və yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 650 kvadratmetr olan obyektlərdən 100 kvadratmetrlik mebel sexinin yanar konstruksiyaları, bitişik 90 kvadratmetrlik digər mebel sexinin yanar hissələri, 120 kvadratmetrlik avtomobil təmiri sexinin 20 kvadratmetr sahəsi, eləcə də başqa bir mebel sexində avadanlıqların 5 kvadratmetrlik hissəsi yanıb.
Yüksək temperaturun təsirindən yaxınlıqdakı sexdə təmir üçün saxlanılan “İsuzu” markalı yük avtomobilinin yük hissəsində yerləşən kondisioner qurğusu deformasiyaya uğrayıb.
Digər bitişik anbarlar və nəqliyyat vasitələri yanğından mühafizə olunub.
12:04 02.05.2026
Oxunuş sayı: 49