Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçiriləcək
Azərbaycan Basketbol Liqasında final seriyasının daha bir oyunu bu gün keçiriləcək.
Crossmedia.az xəbər verir ki, "Sabah" və "Abşeron Lions" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
Bakı İdman Sarayındakı qarşılaşma saat 14:00-da start götürəcək.
Xatırladaq ki, ilk görüşdə "Sabah" qalib gəlib - 98:93. Final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.
09:40 02.05.2026
Oxunuş sayı: 47