IV Türk Dünyası Mühəndislik Zirvəsi Bakıda keçiriləcək
Bakıda IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi keçiriləcək.
Crossmedia.az xəbər verir ki, mayın 5-8-i tarixlərində baş tutacaq zirvə Türk dünyasının mühəndislik, texnologiya və ticari əməkdaşlıq potensialının inkişafını hədəfləyir.
Tədbirdə 500-dən çox sahibkarın iştirakı gözlənilir. Zirvə “Dövlət–Universitet–Sənaye Birliyi” modeli əsasında təşkil olunacaq və KOSGEB, TİKA, TÜRKSOY, ASELSAN və digər qurumların dəstəyi ilə keçiriləcək.
Məlumatda bildirilir ki, tədbir çərçivəsində B2B görüşlər keçiriləcək, şirkətlər arasında birbaşa əməkdaşlıq imkanları müzakirə olunacaq və yeni investisiya layihələri gündəmə gətiriləcək.
Zirvənin məqsədinin Türk dünyasında mühəndislik sahəsində əməkdaşlığı gücləndirmək və ortaq iqtisadi-sənaye ekosistemi formalaşdırmaq olduğu qeyd edilir.
17:29 30.04.2026
Oxunuş sayı: 50