Milli Onkologiya Mərkəzində yaralanan həkimin son durumu AÇIQLANDI - FOTO
Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin vəziyyəti ağırdır.
Crossmedia.az xəbər verir ki, əməliyyat olunan A.Nəsirli bədəninin bir neçə nahiyyəsindən yanıq xəsarətləri alıb.
Milli Onkologiya Mərkəzinin əməliyyatxanasında yerləşdirilən həkimin əməliyyatı davam edir.
Partlayış zamanı isə xəstələrdən biri hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, partlayışın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Hadisə təxminən 14:30 radələrində baş verib.

17:03 30.04.2026
Oxunuş sayı: 112