Azərbaycanla Almaniya arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycanla Almaniya arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X"də yazıb.
"Bundestaqın Müdafiə Komitəsinin sədri Tomas Röwekamp ilə görüşməkdən məmnunam. Biz Azərbaycan- Almaniya münasibətlərini və regional inkişafları, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesindəki diqqətəlayiq irəliləyişi, ortaq rifah və davamlı sabitliyin yeni bir dövrünə qədəm qoymasını müzakirə etdik", - o bildirib.

19:51 29.04.2026
Oxunuş sayı: 52