Dəm qazından zəhərlənən 14 yaşlı qız müalicədən İMTİNA ETDİ
Qonaq getdiyi evdə dəm qazından zəhərlənən 14 yaşlı qız xəstəxanada müalicədən imtina edib.
Crossmedia.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, dünən saat 21:50 radələrində 2012-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və ilkin tibbi xidmətlər göstərilib.
"İxtisaslı tibbi xidmətin göstərilməsindən imtina edilib", - məlumatda vurğulanıb.
Qeyd edək ki, hadisə dünən Xətai rayonu R.Bağırov küçəsindəki evlərin birində baş verib. Neftçala rayon sakini 2009-cu il təvəllüdlü H.Mustafayevin kirayə yaşadığı evə qonaq gələn Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Y.Atayev və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü T.Babayeva (soyadlar şərtidir) hamam otağında dəm qazından zəhərlənib,19 yaşlı oğlan hadisə yerində ölüb. (Trend)
16:27 29.04.2026
Oxunuş sayı: 80