Türkiyə MN Azərbaycanla birdə keçirilən təlimlərdən görüntülər paylaşıb
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri ilə birgə keçirilən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən görüntülər paylaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə qurumun "X" hesabında paylaşım edilib.
"Bir millət, iki dövlət, bir ürək. TURAZ Qartal Təlimi Azərbaycanda Hərbi Hava Qüvvələri Komandanlığımızın 191-ci Reaktiv Eskadrilya Komandanlığından 3 F-16 təyyarəsi və 79 şəxsi heyətin iştirakı ilə keçirilir", - paylaşımda bildirilib.
Qeyd edək ki, təlimlər dünən başlayıb.
Xatırladaq ki, təlim iki ölkənin müştərək hava əməliyyatlarının planlaşdırılması və icrası üzrə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, şəxsi heyətin peşəkarlığının artırılması və koordinasiyanın gücləndirilməsi məqsədilə keçirilir.
18:14 28.04.2026
Oxunuş sayı: 55