Azərbaycan-Ukrayna münasibətlərində yeni mərhələ
Müasir dövrümüzdə beynəlxalq sistemlər arenasında dövlətlər arası əməkdaşlıq və sazişlər mühüm rol oynayır. Tarix boyu Qoca Şərqin qapısında mayak kimi dayanan doğma yurdum Azərbaycanın vətənpərvər, mərd, humanist, yardımsevər, dünya liderlərindən öndə gedən, həmişə öz sözünü deyən, möhtərəm Prezidentimiz İlham Əliyevin 25.04.2026 -cı il tarixində, Ukraynanın Prezidenti Volodimir Zelenski ilə növbəti rəsmi görüşü keçirildi. Azərbaycan və Ukrayna liderlərinin görüşü Azərbaycanın dilbər guşələrindən olan, əsrarəngiz təbiəti ilə hər kəsi valeh edən Qəbələ rayonunda baş tutdu. Cənab Prezident İlham Əliyev Volodimir Zelenskini səmimi qarşıladıqdan sonra mətbuata bəyanatlarla çıxış etdilər. Son dörd il ərzində Prezident İlham Əliyev və Prezident Volodimir Zelenskinin yeddi görüşü olub. Bu görüşlər Beynəlxalq Təşkilatların toplantıları çərçivəsində baş tutub. Volodimir Zelenskinin Azərbaycana Ukraynanın Prezidenti kimi ilk səfəri 2019-cu ildə olub. 2 ay öncə Liderlərin qarşılıqlı görüşü Münxendə keçirildi. 2008-ci və 2011 ci ildə Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığa dair mühüm sənədlər imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ilə Ukrayna Prezidenti
Volodimir Zelenski arasında keçirilən görüş iki ölkə arasında münasibətlərin
daha da inkişaf etməsinə və regional geosiyasi proseslərin həllinə öz müsbət təsirini
göstərəcək. Bu görüş dünyada diplomatik münasibətlər, iqtisadiyyat, hərbi sənaye
və təhsil sahəsində tərəfdaşlığı ilə diqqət çəkir.
İqtisadi əməkdaşlıq dövlətlər arası
mühüm strateji istiqamətlərdən biridir. Xüsusilə dövlətin hərbi və enerji təhlükəsizliyi,
neft və qaz sahəsində sıx əməkdaşlığı mühüm rol oynayır. Siyasi dialoqlarla
yanaşı xüsusilə energetika sahəsində qazanılan uğurlara bariz nümunə olaraq SOCAR-ın
uzun illərdir ki, Ukraynada energetika sahəsində qazandığı böyük uğurlar və birgə layihələrdir. Və bununla yanaşı birgə inversiyalar
barədə mühüm danışıqlar da baş verib.
Eyni zamanda
görüşdə hərbi sənaye və birgə istehsal sahəsində də mühüm əməkdaşlıqlar barədə
danışıqlar oldu. Bu görüşdə dövlətlər arasında strateji baxımdan mühüm əhəmiyyət
kəsb edən, altı sənəd imzalandı.
Ukraynanın Prezidenti Volodimir
Zelenski çıxışında ilk növbədə Dövlətin
suverenliyi, sərhədlərin toxunulmazlığı və qorunmasını təmin etmək üçün təhlükəsizliyin
önəmli olduğunu vurğuladı. O, qeyd etdi hal hazırda Ukrayna dövləti çox ağır vəziyyətdə
olan müharibə zonasıdır. Müharibə zamanı hərbi texnikaları zərərsizləşdirmək
üçün Ukraynanın hərbi kadrları yetərli bilik və təcrübəyə malikdir. Müharibə şəraitində
hərbi ekspertlərin köməyi önəmlidir. Hal hazırda Ukrayna ekspertləri Azərbaycandadır
və hərbi sənaye sahəsində öz bilik və tövsiyyələrini verməyə hazırdırlar.
Ukrayna ağır müharibə dövründə Azərbaycandan 11 yardım paketi aldı. Və bu ağır
müharibə şəraitində acınacaqlı vəziyyətdə yaşayan xalqa çox böyük kömək oldu.
Eyni zamanda Volodimir
Zelenski Azərbaycan gənclərinin ali təhsil alıb, öz ixtisaslarına dərindən
yiyələnmək üçün, Ukrayna Universitetlərini seçdikləri üçün qürur duyduğunu
bildirərək, Cənab Prezidentimizə hər şey üçün dərin təşəkkürünü bildirdi. Sonda
Ukrayna Prezidenti Zelenski , Rusiya tərəfinin də iştirak etməyə razılığı
olduğu halda, növbəti üçlü görüşü Azərbaycanda keçirməyi arzulayaraq çıxışını yekunlaşdırdı.
Azərbaycan dövləti həmişə olduğu kimi yenə də ağır müharibə şəraitində
olan, hər anı ölüm təhlükəsi ilə nəticələnən, min bir əzab əziyyətin içində
qorxu və əzizlərini itirmək hissi ilə
yaşayan insanlara öz isti qucağını acdı.
Hal hazırda Ukraynada cəbhə bölgəsində ən ağır müharibə şəraitində yaşayan
500 dən çox uşaq Azərbaycanda öz doğma evləri kimi məskunlaşıb. Hətta o
uşaqların əksəriyyəti bizim ana dilimizdə
danışır. Sakit, təlaşsız, rahat, yüksək səviyyədə təşkil edilmiş şəraitdə yaşayırlar. Bu humanist
və əsl insana xas olan addım bir daha qərinələr boyu Qoca Şərqin qapısında
mayak kimi dayanan, məğrur, qeyrətli, mərd, mərhəmətli, istiqanlı Azərbaycan
xalqının böyük ürəyə sahib olduğunu bir daha təsdiq edir.
Azərbaycan və Ukrayna liderləri arasında olan bu görüş öz strateji əhəmiyyəti,
hər iki dövlətin siyasi, hərbi sənaye, iqtisadiyyat, energetika , təhlükəsizlik,
təhsil sahəsində tarixdə xüsusi yer alacaq. Ümidvaram ki, Ukrayna dövləti növbəti
görüşlərdə sülh şəraitində, firavan dövlət kimi iştirak edəcək .

Minə Kərimova
BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin əməkdaşı
14:43 28.04.2026
Oxunuş sayı: 47