Paytaxtın daha 4 ərazisində təmir işləri icra edilib
Paytaxtın daha 4 ərazisində təmir işləri icra edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
"Həftəsonu daha 4 ərazidə təmir işləri icra edilib:
1. Rəşid Behbudov küçəsi (28 may-Ş.Bədəlbəyli küçələri arası)
2. Səməd Vurğun küçəsi (H.Ələsgərov-A.A. Bakıxanov küçələri arası)
3. Səməd Vurğun küçəsi (Füzuli-S.Əsgərova küçələri arası)
4. Heydər Əliyev prospekti (Ə.Qayıbov küçəsi ilə kəsişmə - köməkçi yol)
Qeyd edək ki, ümumilikdə təmir işləri 20 min kv.m-dən çox ərazini əhatə edib.
Minimum narahatlıq yaratmaq üçün təmir işləri şənbə və bazar günləri icra edilib.
Fasiləsiz çalışırıq ki, yolunuz açıq olsun!", - məlumatda qeyd olunub.
09:01 28.04.2026
Oxunuş sayı: 54