Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib
Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.
Bildirilib ki, dünya Minifutbol Federasiyası (WMF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Siyahının ilk pilləsində son dünya çempionatının qalibi olan Azərbaycan millisi qərarlaşıb.
4085 xal toplayan komanda tarixində ilk dəfə olaraq bu uğura imza atıb.
Reytinq cədvəlinin ikinci pilləsində 3890 xalla son Avropa çempionu Serbiya yer alır. İlk üçlüyü isə 3385 xalla Rumıniya komandası tamamlayır.
22:31 27.04.2026
Oxunuş sayı: 54