"Sabah" Premyer Liqada növbəti qələbəsini qazanıb
"Sabah" komandası Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Crossmedia.az xəbər verir ki, Masazır təmsilçisi XXIX turun sonuncu matçında "Karvan-Yevlax"a qalib gəlib.
"Bank Respublika Arena"dakı qarşılaşma 2:0 hesabı ilə bitib.
49-cu dəqiqədə Patrik Mbina, 55-ci dəqiqədə Aron Maluda fərqlənib.
Qonaqlardan Tompson Qavi 36-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydanda qovulub. Meydan sahiblərindən Aleksey İsayev 64-cü dəqiqədə birbaşa qırmızı vərəqə görüb.
Günün ilk görüşündə "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib - 1:1.
Xatırladaq ki, daha əvvəl "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) məğlub edib. "Qəbələ" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib - 1:1.
21:57 27.04.2026
Oxunuş sayı: 37