Azərbaycan Premyer Liqası: XXIX tura bu gün iki matçla yekun vurulacaq
Misli Premyer Liqasında XXIX tura bu gün yekun vurulacaq.
Crossmedia.az-ın məlumatına görə, sonuncu oyun günündə iki matç keçiriləcək.
Belə ki, ilk olaraq "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.
Qarşılaşma Tovuz şəhər stadionunda, saat 18:00-da start götürəcək. Bölgə təmsilçisi 55 xalla üçüncü, qonaqlar 45 xalla dördüncü pillədə qərarlaşıb.
Tur "Sabah" - "Karvan-Yevlax" qarşılaşması ilə başa çatacaq. Görüş "Bank Respublika Arena"da, saat 20:00-da başlayacaq. "Bayquşlar" 69 xalla çempionatın lideridir. Yevlax klubu 14 xalla sonuncu - 12-ci sıradadır.
Xatırladaq ki, daha əvvəl "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) məğlub edib. "Qəbələ" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib - 1:1.
09:12 27.04.2026
Oxunuş sayı: 55