Londonda inanılmaz dünya rekordu: Marafon tarixində iki saatlıq sədd aşıldı
London marafonunda dünya idman tarixinin ən möhtəşəm hadisələrindən biri yaşanıb. Keniyalı atlet Sebastian Save rəsmi yarış şəraitində iki saat baryerini qıran ilk şəxs olub.
Crossmedia.az xəbər verir ki, o, finişə 1:59:30 nəticə ilə çataraq əvvəlki dünya rekordunu bir dəqiqədən çox yaxşılaşdırıb. Bununla da idmançı London marafonu titulunu inamlı şəkildə qoruyub.
22:20 26.04.2026
Oxunuş sayı: 52