Jalə Əliyeva: Məqsədim qızıl medal qazanmaq idi
Azərbaycanın qadın güləşçisi Jalə Əliyevanın məqsədi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanmaq olub.
Crossmedia.az xəbər verir ki, bunu 57 kq çəki dərəcəsində mübarizə aparan idmançının özü Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
O, növbəti yarışlara daha ciddi hazırlaşacağını vurğulayıb:
"Bu yarışa çox güclü hazırlaşmışdıq. Məqsədim çempion olmaq idi. Ötən il də yarimfinalda zədələndiyim üçün görüşü davam etdirə bilməmişdim. Bu dəfə çempion olmaq istəyirdim. Təəssüf ki, alınmadı. Müəyyən səhvlərə yol verdim. Bu səhvlərin üzərində çalışıb, əlimdən gələnin ən yaxşısını edəcəyəm".
Qeyd edək ki, Jalə Əliyeva üçüncü yer uğrunda qarşılaşmada Arina Demçankaya (UWW) "tuş"la qalib gələrək bürünc medala sahib çıxıb.
23:00 24.04.2026
Oxunuş sayı: 46