Azərbaycan və Çin arasında dezinformasiya ilə mübarizə əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Çin arasında rəqəmsal inkişaf, sosial media və dezinformasiya və dərin saxtakarlıqla mübarizə sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" hesabında yazılıb.
"Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığa əsaslanaraq, Çinin Kiberməkan Administrasiyasının naziri cənab Zhuang Rongwen ilə ölkələrimiz arasında rəqəmsal inkişaf, sosial media və dezinformasiya və dərin saxtakarlıqla mübarizə sahəsində ikitərəfli əməkdaşlığı müzakirə etdik", - o bildirib.
19:33 24.04.2026
Oxunuş sayı: 56