Cəbrayıl Hacıyev bürünc, İslam Bazarqanov qızıl medal görüşünə çıxacaq- Yenilənib
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
Crossmedia.az xəbər verir ki, 79 kq kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda Maqamedxabib Kadimaqamedova (UWW) 1:5 hesabı ilə uduzub.
Bununla da o, üçüncü yer uğrunda görüşdə bacarığını nümayiş etdirəcək.
C. Hacıyevdən fərqli olaraq İslam Bazarqanov (57 kq) isə finala vəsiqəni təmin edib. Medal qarşılaşmaları sabah reallaşacaq.
Bundan əlavə, bu gün Azərbaycanın üç qadın güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq.
18:58
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Crossmedia.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı Roberti Dinqaşviliyə 11:1 hesabı ilə qalib gəlib.
Digər güləşçilərimizdən Cəbrayıl Hacıyev (79 kq) də yarımfinal qarşılaşmasında qüvvəsini sınayacaq.
Bundan əlavə, bu gün Azərbaycanın üç qadın güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq.
19:43 24.04.2026
Oxunuş sayı: 51