Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti Xankəndinin Zəfər meydanına olub
İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti Xankəndi şəhərində Zəfər meydanı, Qarabağ Universiteti və Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olub.
Bu barədə Crossmedia.az-a Milli Məclisdən məlumat verilib.
Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün həyat öz axarına qayıdır. Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qaytarılır.
Səfər zamanı qonaqları Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Erkin Qədirli, qrupun üzvü Sevinc Fətəliyeva və digər rəsmi şəxslər müşayiət ediblər.
Qeyd edək ki, irlandiyalı parlamentarilər Şuşa şəhərində də olublar.
18:39 23.04.2026
Oxunuş sayı: 45