Dağbəyi İsmayılov BDU tələbələri ilə görüşdü
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini, Əməkdar jurnalist Dağbəyi İsmayılov olub. Layihənin ikinci dərsi “İnformasiya agentliklərinin iş prinsipi. "Redaksiya işinin təşkili” mövzusunda keçirilib.
Bu barədə Crossmedia.az-a Bakı Dövlət Universitetinin Mətbuat Xidmətindən məlumat verilib.
14:48 23.04.2026
Oxunuş sayı: 66