Rəşad Sadıqov: Güclü komandaya qarşı yaxşı mübarizə apararaq finala yüksəldik
"Zirə"Azərbaycan Kubokunun yarımfinalında güclü rəqibə qarşı mübarizə apararaq finala yüksəlib.
Crossmedia.az xəbər verir ki, bunu Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov "Turan Tovuz"a qarşı keçirilən Azərbaycan Kubokununyarımfinal mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis növbəti mərhələyə yüksəldikləri üçün sevincli olduqlarını bildirib:
"Gərgin və stressli qarşılaşma alındı. Əvvəlcədən oyunun çətin keçəcəyini bilirdik. Bəlkə də mövsümün ən gərgin matçını oynadıq. 65-ci dəqiqəyə qədər qarşılaşma bərabər səviyyədə gedirdi, daha sonra rəqib irəli atıldı. Biz isə hesabı qorumaq üçün daha çox müdafiəyə üstünlük verdik. Rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Futbolçularıma təşəkkür edirəm, güclü komandaya qarşı yaxşı mübarizə apararaq finala yüksəldik."
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk görüş "Zirə"nin 2:0 hesablı qələbəsi ilə bitib. Cavab oyununda isə hesab açılmayıb və Bakı klubu 2 qarşılaşmanın nəticəsinə əsasən finala adlayıb.
22:15 21.04.2026
Oxunuş sayı: 48