Zelenski və Putin Türkiyəyə gedir: Müharibə bitir?
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "Ukrinform" agentliyinə verdiyi müsahibədə rəsmi Kiyevin Volodimir Zelenski ilə Vladimir Putin arasında birbaşa təmasların qurulması üçün Rəcəb Tayyib Ərdoğan rəhbərliyində Türkiyədən vasitəçilik gözlədiyini açıq şəkildə bəyan edib. Hətta bu formatda görüşdə Donald Trampın mümkün iştirakı ehtimalı diplomatik gündəmi daha da genişləndirir.
"Biz Türkiyədən Zelenski ilə Putin arasında (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - red.) və (ABŞ prezidenti Donald Tramp - red.) Trampın mümkün iştirakı ilə görüşün təşkili imkanını nəzərdən keçirməsini xahiş etmişik. Biz bu görüşə hazırıq", - Sibiqa deyib.
Nazir Türkiyə diplomatlarının işini yüksək qiymətləndirərək, onu çox səmərəli adlandırıb. Bununla yanaşı, Andrey Sibiqa qeyd edib ki, Türkiyə də Rusiya-Ukrayna münaqişəsinin həllində maraqlıdır.
Qardaş ölkənin son illərdə münaqişə tərəfləri arasında balanslı və aktiv vasitəçi rolunu gücləndirməsi fonunda bu təşəbbüs yeni diplomatik mərhələnin anonsu kimi qiymətləndirilir. Antalya platformasında verilən ilkin siqnalların ardınca səslənən bu açıqlamalar göstərir ki, Ankara yalnız regional deyil, qlobal səviyyədə də dialoq məkanına çevrilmək iddiasını davam etdirir.

Türkiyəli politoloq Coşkun Soysal bu barədə Crossmedia.az-a açıqlama verib: "Ukraynadan tərəfindən bu təklifin edilməsi təbiidir. Çünki Türkiyə müharibənin ilk günündən bəri vasitəçilik edir. İstanbul və Ankarada müəyyən görüşlər keçirilib. Savaşın hələ ilk vaxtlarında tərəflər razılığa çox yaxın idi. Amma Rusiya tərəfinin məlumatına görə britaniyalıların müdaxiləsi nəticəsində ukraynalılar danışıqlardan çəkilmişdi. Yenə də görüş keçirilə bilər. Amma indi müharibənin bitdiyini demək üçün çox tezdir. İran məsələsi hələ həllini tapmayıb. ABŞ-nin diqqəti xeyli dərəcədə İrana, Hörmüz boğazına yönəlib. Nə qədər ki, bu məsələ həllini tapmayıb, Vaşinqtonun fokus nöqtəsi dəyişməyəcək”.
O
söyləyib ki, İran ətrafında məsələsinin atəşkəslə nəticələnməsi real görünmür: “Çünki
tərəflər bir – birilərinə inanmırlar. Xüsusilə İranın qarşı tərəfə güvənməməsi üçün
kifayət qədər səbəb var. Hər halda müzakirələr davam edərkən dəfələrlə İrana
hücum edildi. O baxmdan razılıq əldə olunsa belə, Tehran bunun davamlılığına
şübhə ilə yanaşacaq. ABŞ daha əvvəl hədəf aldığı ölkələrin heç birindən əl çəkmir.
Yəqin ki, İran rejimindən əl çəkməyəcək. İran məsələsi həllini tapmadan Rusiya-
Ukrayna müharibəsi ilə bağlı ciddi nəticənin əldə olunacağı real görünmür. Xüsusilə
nəzərə almaq lazımdır ki, nə qədər ki, ABŞ-nin başı İrana qarışıb Rusiya mövqelərini
möhkəmləndirməyə çalışacaq”.
18:15 20.04.2026
Oxunuş sayı: 56