Bakıda avtomobillə motosiklet toqquşub, ölən var
Bakıda motosikletin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, Behbudov Cəmil Nurulla oğlu idarə etdiyi "Mercedes E-280" markalı avtomobillə Qala-Şüvəlan yolunda hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Əşrəfzadə Vüqar İlqar oğlunun idarə etdiyi motosikletlə toqquşub.
Nəticədə V. Əşrəfzadə aldığı xəsarətlərdən ölüb.
Fakt üzrə cinayət işi başlanaraq istintaq aparılır.
09:35 20.04.2026
Oxunuş sayı: 46