Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının mükafatlandırma mərasimi keçirilib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının mükafatlandırma mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, mərasim Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.
"Turan" Azərbaycan Yüksək Liqasının qalibi adını qazanıb. "DH Volley" ikinci, "Gəncə" klubu isə üçüncü yeri tutub.
19:20 19.04.2026
Oxunuş sayı: 58