"Turan" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olub
"Turan" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olub.
Crossmedia.az xəbər verir ki, qızıl medal uğrunda görüşdə "DH Volley" komandası ilə üz-üzə gəlinib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş "Turan"ın 3:1 (15:25, 25:21, 25:19, 25:23) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının bürünc medalçısı "Gəncə" komandası olub.(Report)
18:10 19.04.2026
Oxunuş sayı: 51