Gəncədə yol qəzası: 3 nəfər xəsarət alıb
Gəncədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, hadisə Əziz Əliyev küçəsində baş verib.
"BMW" və "Changan" markalı maşınlar tooquşub. Hadisə zamanı 1949-cu il təvəllüdlü Nüsrəddin Qasımov, 1968-ci il təvəllüdlü Valeh Həsənov və 1975-ci il təvəllüdlü Vəli Hüseynov xəsarət alıblar. Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
17:34 19.04.2026
Oxunuş sayı: 47