Futbol oynayarkən halı pisləşən gənc ölüb
Sumqayıt şəhərində gəncin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin futbol meydançalarının birində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Əliyev Müsü Etibar oğlu futbol oynayarkən qəfil halı pisləşib.
Ətrafdakı şəxslərin köməkliyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.(Report)
22:17 18.04.2026
Oxunuş sayı: 61