25 yaşlı gənc traktor aqreqatının altında qalaraq həyatını itirib
Ağdamda 25 yaşlı gənc traktor aqreqatının altında qalaraq həyatını itirib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən traktora qoşulmuş torpaqüyüdən aqreqatın altında qalıb.
H. Mahmudlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.(Report)
20:25 18.04.2026
Oxunuş sayı: 40