Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub
Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub.
Crossmedia.az xəbər verir ki, final oyununda "Xilasedici" "Ordu" ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki qarşılaşma "Xilasedici"nin qələbəsi ilə yekunlaşıb - 3:1.
Beləliklə, komanda ölkə çempionu adına sahib çıxıb.
Xatırladaq ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" "Murov Az Terminal"ı üstələmişdi -3:0.
18:34 18.04.2026
Oxunuş sayı: 40