Mənsur İbrahimli vəfat etdi
Bakı Slavyan Universitetinin (BSU) bölmə rəhbəri Mənsur İbrahimli 55 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, M.İbrahimli qəfil ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, M.İbrahimli 1971-ci il fevralın 1-də anadan olub. O, əvvəllər Azərbaycan Dövlət Pedoqoji Universitetinin mətbuat xidmətinin rəhbəri olub. 2019-2022-ci illərdə BSU-nun mətbuat katibi vəzifəsində çalışıb. Daha sonra ali məktəbin bölmə rəhbəri olub. (bakivaxti)

16:11 18.04.2026
Oxunuş sayı: 48